...

Azərbaycanlı gimnast Avropa çempionu olmaq üçün mübarizə aparacaq

Cəmiyyət Materials 12 Fevral 2009 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir R.Ergün/ Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının aparıcı üzvü Aliyə Qarayeva bu il Bakıda keçiriləcək Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq.

"2007-ci ildə Bakıda təşkil olunan Avropa çempionatının qalibi oldum. Bu dəfə də həmin nəticəni təkrar etməyə calışacağam", - Azərbaycan Gimnastika Federasiyasının (AGF) saytına müsahibəsində Qarayeva deyib.

Azərbaycan millisinin digər üzvü - Anna Qurbanova isə Avropa çempionatı ilə bağlı proqnoz verməkdə çətinlik çəkib.

"Bakıda çıxış edəcəyimizə görə, məsuliyyətimiz ikiqat artacaq. Mənim üçün azarkeşlərimiz qarşısında çıxış etmək kənarda keçirilən yarışlarda iştirakdan daha çətindir. Buna baxmayaraq, bacarığımı göstərməyə çalışacağam", - deyə Qurbanova bildirib.

2008-ci ildə Çinin Pekin şəhərində keçirilən Olimpiada azərbaycanlı gimnastlar üçün uğurlu nəticələnib. Belə ki, qrup üzrə komanda və fərdi şəkildə çıxış edən Aliyə Qarayeva Olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti