...

Uels Futbol Federasiyasının nümayəndələri Azərbaycana gəliblər

Cəmiyyət Materials 25 Fevral 2009 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir R.Ergün/  Uels Futbol Federasiyası nümayəndələrinin çərşənbə günü Azərbaycana səfəri başlayıb, Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.

İyunun 6-da DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan və Uels milli komandaları qarşılaşacaq.

Uels Futbol Federasiyası nümayəndələrinin Bakıya səfərinin məqsədi bu oyuna təşkilati baxımdan hazırlaşmaq, komandanın məskunlaşacağı oteli və məşq edəcəyi stadionu müəyyənləşdirməkdir.

Nümayəndə heyətinin tərkibinə Uels yığmasının baş məşqçisi Con Toşak, Uels Futbol Federasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəisi Mark Evans və federasiyasının səyahət üzrə agenti Toni Klemo daxildir.

Uelsli qonaqların səfəri fevralın 26-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti