...

Kapello hesab edir ki, Italyan klublarının Çempionlar Liqasında məğlubiyyətlərinə səbəb atletizmin olmamasındadır

Cəmiyyət Materials 14 Mart 2009 01:02 (UTC +04:00)
Kapello hesab edir ki, Italyan klublarının Çempionlar Liqasında məğlubiyyətlərinə səbəb atletizmin olmamasındadır

Futbol üzzrə İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello bəyan edib ki, Çempionlar Liqasının 1/8 mərhələsində bütün italyan klublarının ingilis komandalarına məğlubiyyətinin səbəbini bilir. İtaliya tarixində ən məşhur məşqçilərdən biri hesab edir ki, Apennin yarımadasının klubları rəqiblərinə futbol komponentlərindən ən əsasında - fiziki hazırlıqda uduzublar, Sport Ekspress yazır.

"Klublar arasında fərqlər nəzərə çarpacaq dərəcədə idi. İngilislər rəqiblərini fiziki cəhətdən üstələdilər. Bu komponentdə italyan klubları zəif oldular. 2007-ci ildə "Milan" "Mançester Yunaytedə" qalib gələrkən, bu uğur ustalıqda və atletizmdə üstünlüklə bağlı idi. Hal-hazırda isə əgər italyan klubları qitə miqyasında ciddi qüvvə olmaq istəyirlərsə bu aspektdə artırmalıdırlar. Bundan başqa seriya A-da elə həmin premyer-liqadan fərqli olaraq fasilələr uzundur".

Xəbər lenti

Xəbər lenti