...

"Qalatasaray" UEFA Kubokundan kənar qaldı

Cəmiyyət Materials 20 Mart 2009 01:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend / Cümə axşamı UEFA Kubokunun 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. "Qalatasaray" İstanbulda "Hamburq"la qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub. Meydan sahibləri birinci hissəni qələbə ilə başa vursalar da, ikinci hissədə almanlar təşəbbüsü ələ alaraq görüşün taleyini öz xeyirlərinə həll ediblər.
Qollar: Kyuell, 44-pen; Baroş, 49 - Herrero, 57; 60; Oliç, 90.
İlk görüş 1:1 hesabı ilə başa çatıb..
İki görüşün nəticələrinə əsasən "Hamburq" UEFA Kubokunun 1/4 finalına çıxıb.
Digər matçların nəticələri:
Olborq - Mançester Siti 2:0 (pen. 3:4)

Zenit - Udineze 1:0

Braqa - PSJ 0:1

Şaxtyor - MOİK 2:0

Metallist - Dinamo 3:2

Xəbər lenti

Xəbər lenti