...

Azərbaycanın Biləsuvar rayonunun kəndlərində yeni sutəmizləyici qurğulara baxış keçirilib

Cəmiyyət Materials 3 Aprel 2009 13:32 (UTC +04:00)

Azərbaycan, Bакı, 03 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın Biləsuvar rayonunun altı kəndində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğular istifadəyə verilib.

"Rayonun Nərimankənd və Zəhmətabad kəndlərində gün ərzində 60 m3, Əsgərabad və Nəsimi kəndlərində gün ərzində 70 m3, Səmədabad və Aşağı Cürəli kəndlərində isə gün ərzində 50 m3 sutəmizləmə gücünə malik "Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos" texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib", cümə günü Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yeni qurğuların fəaliyyəti nəticəsində Nərimankənd kəndinin 3100 və Əsgərabad kəndinin 3550 nəfər əhalisi 18 bulaq, Nəsimi kəndinin 3350 nəfər əhalisi 15 bulaq, Səmədabad kəndinin 2350 nəfər əhalisi 14 bulaq, Aşağı Cürəli kəndinin 2650 nəfər əhalisi 11 bulaq, Zəhmətabad kəndinin isə 3192 nəfər əhalisi 13 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.  

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2007-ci il iyunun 20-də təsdiq etdiyi "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub.

Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 163 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti