...

Azərbaycanda abituriyentlər üçün üç şəhərdə sınaq imtahanları iki növbədə keçiriləcək

Cəmiyyət Materials 10 Aprel 2009 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanda abituriyentlər üçün ilk sınaq imtahanları aprelin 12-də Bakı, Gəncə və Sumqayıt şəhərlərində iki növbədə - saat 09:00 və 13:30-da keçiriləcək.

Sınaq imtahanının keçirilməsi üçün Bakı şəhərində 16, Sumqayıt şəhərində 2, Gəncədə 2, digər bölgələrin hər birində isə 1 bina ayrılıb. İmtahana 1012 nəzarətçi-müəllim, 270 imtahan rəhbəri cəlb olunub. Sınaq imtahanının nəticələri aprelin 19-dan etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet səhifəsində yerləşdiriləcək. Bu barədə cümə günü TQDK-nın yaydığı məlumatda bildirilib. 

İlk sınaq imtahanları ümumilikdə Azərbaycanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Quba, Şəmkir, Qazax, Yevlax, Sabirabad, Biləsuvar və Kürdəmirdə keçiriləcək.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti