...

Azərbaycan ombudsmanı Moskvada keçiriləcək beynəlxalq tədbirdə ekspert qismində iştirak edəcək

Cəmiyyət Materials 14 Aprel 2009 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycan ombudsmanı Elmira Süleymanova Moskvada keçiriləcək beynəlxalq tədbirdə ekspert qismində iştirak edəcək.

Subregional görüş YUNESKO-nun Moskva bürosu və BMT İnsan Hüquqları üzrə Ali Komissarının Rusiyadakı İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbirə YUNESKO-nun Mərkəzi və Şərqi Avropa ölkələri üzrə insan hüquqları kafedralarının rəhbərləri və bu sahədə beynəlxalq ekspertlər, ombudsmanlar, nüfuzlu beynəlxalq qurumların, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaqlar. Bu barədə çərşənbə axşamı Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

Azərbaycan ombudsmanının insan hüquqları sahəsində təhsil mövzusunda çıxış edəcəyi gözlənilir.  

Subregional görüş BMT tərəfindən elan edilmiş 2009-cu il - Beynəlxalq insan hüquqları tədrisi ili çərçivəsində keçirilir. Tədbirdə insan hüquq və azadlıqlarının, o cümlədən YUNESKO-nun səlahiyyətlərinə aid olan təhsil hüququnun, habelə insan hüquqları üzrə təhsilin, hüquqi maarifləndirmə və tədrisin reallaşdırılmasının aktual məsələləri müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti