...

Qafqaz Müsəlmanları İdarəsinin sədri İraqa gedən azərbaycanlı müsəlmanların təhlükəsizliyinə zəmanət verilməsini zəruri sayır

Cəmiyyət Materials 15 Aprel 2009 17:47 (UTC +04:00)

Azərbaycan, Bаkı, 15 aprel / Trend , müxbir A.Hüseynbala /  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri İraqa ziyarət etmək istəyən Azərbaycan müsəlmanlarının təhlükəsizliyinə tam zəmanət verilməsini zəruri sayır.

"Ənənəvi olaraq, QMİ ilə İraqın müvafiq dövlət qurumları arasında saziş əsasında zəvvar səfərləri təşkil edilsə də, səfərlərin bərpası üçün rəhbərlik etdiyim qurumla anlaşma protokolunun imzalanması zəruridir", - çərşənbə günü Azərbaycanda səfərdə olan İraqın turizm və tarixi abidələr naziri Kahtan Abbas Noman Əl-Cuburi Alavadi ilə görüşən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ-nin mətbuat xidmətinin məlumatına görə, İraqın turizm naziri dini turizmlə bağlı niyyət sənədinin imzalanması zamanının yetişdiyini və bu istiqamətdə lazımi tədbirlərin görüləcəyini deyib. "QMİ sədrini yaxın zamanda İraqa dəvət edən nazir, səfər zamanı bu məsələnin, habelə zəvvarlara vizaların verilməsi ilə bağlı məsələnin həllini tapacağını vurğulayıb", - məlumatda qeyd edilir.

Paşazadə iraqlı nazirə dahi Azərbaycan şairi Məhəmməd Füzulıinin İraqdakı məzarı ilə bağlı narahatlığını çatdırıb. "Alavadi Kərbəlada hazırda aparılan bərpa-tikinti işləri haqqında danışıb, habelə məscidin həyətində genişləndirmə işləri əsnasında Füzulinin qəbrinin abadlaşdırılacağına vəd verib", - məlumatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti