Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir K.Zərbalıyeva /
Aprelin 23-dən 28-nə qədər Portuqaliyada Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol üzrə yığmasının heyəti açıqlanıb.
Azərbaycan Futbol Federasiyaları Assosasiyasından (AFFA) çərşənbə axşamı Trend -a bildiriblər ki, Avropa çempionatının ikinci seçmə mərhələsində Azərbaycanın şərəfini İnna Boyko, Svetlana Səmədova, Fəridə Babayeva, Nərgiz Hüseynova, Olqa Səfərova, Lyudmila Əliyeva, Nərminə Rzayeva, Lyubov Əliyeva, Yekaterina Nosova, Anastasiya Rəhmanova, Svetlana Famenko, Marina Akayeva, Maşa Makarova, Nigar İsmayılova, Yelena Nəbiyeva, Kseniya Paşina, Olqa Qazıyeva və Anna Atayeva qoruyacaq.
Azərbaycan millisi ilk oyununu aprelin 23-də Portuqaliya yığması ilə keçirəcək. Oyunun baş hakimi türkiyəli Hilal Tosundur. Azərbaycan yığmasının digər oyunları isə Fransa və Uelslə olacaq.