...

Azərbaycanda əqli mülkiyyət üzrə milli strategiya hazırlanır

Cəmiyyət Materials 24 Aprel 2009 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda müəlliflik hüququ və digər əqli mülkiyyət hüququnun inkişafı üzrə Dövlət Proqramının hazırlanması üzrə işlər yekinlaşıb.

Müəllif Hüquqları Agentliyindən cümə günü Trend -a veilən məlumata görə, "Əqli Mülkiyyət Dövlət Proqramı" 2009-2012-ci illər ərzində bu sahənin ihkişafı üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Dövlət Proqramı əqli mülkiyyət üzrə milli startegiyanı özündə əks etdirir.

Agentlik tərəfindən "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında" və "Yayım təşkilatlarının hüquqlarının qorunması haqqında" qanun layihələri üzərində iş yekunlaşıb və hər 3 sənəd müvafiq qaydada baxılmaq üçün təqdim olunub.

Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı sanksiyaların sərtləşdirilməsi üçün İnzibati Xətalar, Cinayət və Cinayət-Prossesual məcəllələrə əlavə və dəyişikliklər edilməsi barədə təkliflər hazırlayıb.

Agentlik hesab edir ki, cəzaların sərtləşdirilməsi bu sahədə pozuntuların qarşısının alınmasında səmərə verəcək.

1996-cı ildən 2009-cu il aprelin 20-dək Agentlikdə 7 minə yaxın əsər və əlaqəli hüquqlarınobyektləri qeydiyyatdan keçib. Qeydiyyatdan keçirilmiş əsərlərin 625-i elmi əsər, 165-i kompyuter proqramlarıdır.

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ günü, 26 aprel isə Beynəlxalq Əqli Mülkiyyət günüdür.

Bu münasibətlə Agentlik tərəfindən silsilə tədbirlər keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti