...

Azərbaycanın derbi oyununu idarə edəcək hakim müəyyənləşdi

Cəmiyyət Materials 25 Aprel 2009 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın futbol üzrə Premyer Liqasının XXIII turunun derbi oyunu hakim Anar Salmanova tapşırılıb.

Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən şənbə günü Trend -a bildirilib ki, "İnter" - "Xəzər-Lənkəran" oyununda baş hakim Anar Salmanova hakimlər Mehman Mahmudov, İlham Əliyev, Ceyhun Haşımov köməklik edəcək.

Hakim-inspektor Kərim Ağayev, AFFA nümayəndəsi isə Bəşir Əliyev təyin olunub.

"İnter" bu oyunda qələbə qazanacağı halda, çempionluğunu nəzəri cəhətdən təmin etmiş olacaq. Komanda 53 xalla liderdir.

"Xəzər-Lənkəran" klubu da derbi oyunundan qələbə ilə ayrılsa, nəzəri cəhətdən çempionluq şansını saxlayacaq. Komanda 46 xalla dördüncü yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti