...

Azərbaycan gəncləri üçün 2009-2010-cu tədris ilində Rusiyanın ali məktəblərində 100 yer ayrılıb

Cəmiyyət Materials 1 May 2009 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C.Babayeva /

2009-2010-cu tədris ilində Rusiya ali məktəblərində Azərbaycan vətəndaşlarının təhsil alması üçün bakalavr və mütəxəssis proqramları üzrə 100 yer ayrılıb.

Azərbaycan və Rusiyanın təhsil nazilrikləri arasında mövcud olan əməkdaşlıq nəticəsində Rusiyada azərbaycanlı gənclərin təhsil almaları üçün prioritet ixtisaslar üzrə ən nüfuzlu universitetlərin adları açıqlanıb. Ali məktəblər arasında N.E.Bauman adına Moskva Dövlət Texnologiya Universiteti, Moskva Aviasiya İnstitutu, Dövlət İdarəçilik Akademiyası, Rusiya Dövlət Turizm və Xidmət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, "Stankin" Moskva Dövlət Texnologiya Universiteti, Sankt-Peterburq Dövlət Politexnik Universiteti, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti, Kazan Dövlət Texniki Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti və digər universitetlər var, Azərbaycan Təhsil Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Ayrılan kvota çərçivəsində Rusiya ali məktəblərində təhsil ödənişsizdir. Yataqxana və digər xərcələrin ödənilməsi məsələləri isə qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarına aiddir. Tələbənin illik tibbi sığortalanması məcburidir (250 ABŞ dollarından yuxarı). Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin oluncaq və ildə bir dəfə yay tətili müddətində onların təyyarə ilə gediş-gəliş xərcləri Azərbaycan Təhsil Nazirliyi tərəfindən ödəniləcək.

Rusiya ali məktəblərinə qəbul Təhsil Nazirliyinin müvafiq sifarişinə əsasən Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır. Bu günlərdə TQDK tərəfindən qəbul ilə bağlı müvafiq elan veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti