...

Azərbaycan boksçuları beynəlxalq turnirə 11 çəki dərəcəsi üzrə qatılacaqlar

Cəmiyyət Materials 4 May 2009 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın boks üzrə yığma komandası 11 nəfər tərkibdə Polşada keçiriləcək beynəlxalq turnirə qatılacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindan bazar ertəsi Trend -a bildiriblər ki, boks üzrə yığma komandada Azərbaycanı Elvin Məmişzadə- 48 kq, Nihad Seyidov- 51 kq, Fərid Mansurov- 54 kq
Elvin Əliyev- 57 kq, Heybətulla Hacıəliyev- 60 kq, Sərvan Əliyev- 64 kq, Murad Ağamalıyev- 69 kq,
Emin Əhmədov -75 kq, Tərlan Abdullayevin- 81 kq, Vətən Hüseynli -91 kq və Fərid Paşayev- +91 kq təmsil edəcək.

Beynəlxalq yarış mayın 5-10-da Polşada gerçəkləşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti