...

"Bakı"nın məşqçisinə Azərbaycan Premyer Liqasının ən yaxşı məşqçisi diplomu təqdim olunub

Cəmiyyət Materials 22 May 2009 13:43 (UTC +04:00)
"Bakı"nın məşqçisinə Azərbaycan Premyer Liqasının ən yaxşı məşqçisi diplomu təqdim olunub

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir A.Hüseynbla /

Azərbaycanın futbol üzrə Premyer Liqasının 2008-2009-cu il mövsümündə ən yaxşı məşqçi adına paytaxtın "Bakı" klubunun baş məşqçisi Cokiça Hadziyevski layiq görülüb. Trend Mətbuat Mərkəzində cümə günü keçirilən təqdimetmə mərasimində məşqçiyə xüsusi diplom verilib. 

Trend -un Azərbaycan Redaksiyasının rəhbəri Emil Hüseynli tədbirdə bildrib ki, Trend -un 15 gün ərzində internet saytında yerləşdirdiyi sorğuya qatılan futbol azarkeşlərinin cavablarından məlum olub ki, sorğuda iştirak edənlərin yarısı - 50,00 %-i (2289 nəfər) mövsümün ən yaxşı məşqçisi kimi "Bakı"nın baş məşqçisi Hadziyevskini göstərib.

Hadziyevskinin baş məşqçi olduğu "Bakı" klubu Premyer Liqanın 2008-2009-cu il mövsümündə çempion titulunu qazanıb.

Hadziyevski 1996-cı ilin fevralından 1999-cu ilin avqustuna qədər Makedoniya yığmasının baş məşqçisi olub. Makedoniya yığması ən yaxşı nəticəni Hadziyevskinin rəhbərliyi altında qazanıb. 1998-ci ildə Dünya Çempionatının seçmə mərhələsində baş məşqçi Makedoniya yığmasına 13 xal qazandırıb və komanda 4-cü yerdə qərarlaşıb.

Makedoniyalı məşqçı 2007-ci ilin sentyabrından "Bakı" klubunda çalışır. Həmin il komanda 8-ci yerdə qərarlaşıb. 2007-ci ilin oktyabrından Azərbaycan milli komandasını 4 ay çalışdırıb.

Hadziyevski Trend-ə və azarkeşlərə ona verilən yüksək qiymətə görə minətdarlığını bildirib. O "Bakı"nın gələcəkdə də qələbələr qazanması üçün səy göstərməyə hazır olduğunu bildirib.

Sorğuda "İnter"in baş məşqçisi Valentin Xodukin iştirakçıların 26.00 faizinin (1187) səsini qazanmaqla, ikinci yerdə qərarlaşıb.

Xodukinin başçılıq etdiyi komanda Premyer Liqanın 2008-2009-cu il mövsümündə ikinci yeri tutub. Ötən ilki mövsümdə "İnter" Azərbaycan çempionu olub.

"Qarabağ" klubunun baş məşqçısı Qurban Qurbanov isə sorğuda üçüncü yeri tutub. Qurbanov sorğuda iştirak edənlərin 15.00 faizinin (683) səsini qazanıb.

Son mövsümdən "Qarabağ"da baş məşqçi kimi çalışan Qurbanov ilk titulu Azərbaycan kubokunu qazanmaqla əldə edə bilər. Belə ki, bir neçə gündən sonra "Qarabağ" Azərbaycan kubokunun final mərhələsində Bakının "İnter" klubu ilə qarşılaşacaq.

Trend -un apardığı sorğu nəticəsində 2007-2008-ci il mövsümündə ilin ən yaxşı məşqçisi adını paytaxtın "Olimpik" klubunun baş məşqçisi Əsgər Abdullayev qazanmışdı. Həmin mövsümdə gənc "Olimpik" komandası ikinci yerə cıxmışdı. Builki mövsümdə "Olimpik" 6-cı pillədə qərarlaşıb.

Məqalə miüəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti