...

Azərbaycan gənclərinə Almaniyanın parlament sistemini öyrənmək şansı verilib

Cəmiyyət Materials 1 İyun 2009 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan gənclərinə Almaniyanın parlament sistemini öyrənmək şansı verilib. 

Alman Bundestaqı Berlinin üç ali məktəbi ilə birgə (Berlin şəhəri Müstəqil Universiteti, Humboldt adına Berlin şəhəri Universiteti və Berlin şəhəri Texniki Universiteti) Beynəlxalq Parlament təqaüdü (IPS) proqramı çərçivəsində beş aylıq (2010-cu il 1 mart - 31 iyul tarixlərində) təqaüd proqramı elan edib.

Bu proqram dünyanın bütün ölkələrindən olan gənc insanlara alman parlamentar sistemini nəzəri və praktiki cəhətdən öyrənmək imkanı verir.

Təqaüd proqramının seçim şərtlərinə əsasən, təqaüdçü Azərbaycan vətəndaşı, universitet təhsili olmalı, çox yaxşı alman dili biliklərinə malik olmalı və təqaüd başlayan dövrdə 30 yaşından gənc olmalıdır, bazar ertəsi Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.

Təqaüd ayda 450 avro təşkil edir, təqaüdçü qaldığı yerin pulunu ödəmir, sığorta və yol xərcləri də təqaüd proqramına daxildir.

Namizədlər proqramda iştirakla bağlı sənədləri iyunun 30-na qədər Almaniyanın Bakıdakı səfirliyinə təqdim etməlidirlər. Onlar proqram haqqında əlavə məlumatı və müvafiq sənədləri səfirlikdən və ya www.bundestag.de/ips  internet səhifəsindən əldə edə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti