...

Azərbaycanın qeyri-hökumət təşkilatlarının layihələri üzrə məsləhətləşmələr başa çatdı

Cəmiyyət Materials 12 İyun 2009 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2009-cu il maliyyə yardımı müsabiqəsinin qalibi olmuş layihələr üzrə məsləhətləşmələr başa çatıb.

"Sonuncu məsləhətləşmələr mədəniyyətin inkişafına dəstək, səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə üzrə layihə həyata keçirən təşkilat rəhbərləri ilə olub", - cümə axşamı Trend -a Şuranın mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: QHT-lərə maliyyə yardımı ilə bağlı builki müsabiqə yanvarın 15-də elan edilib və sənədlərin təqdim etmə müddəti fevralın 15-də başa çatıb. Bu il Şuraya 569 layihə təqdim edilib. Layihə təqdim edən QHT-lərin Şuradan istədiyi məbləğ ümümilikdə 9 milyon manata yaxın olub, amma Şuranın müsabiqə fondu bundan dəfələrlə az - 2 milyon 68 manat təşkil edib. Müsabiqəyə təqdim edilən layihələrdən 226-sı Şura tərəfindən dəstəklənib və onlara ümumilikdə 1 milyon 848 min manat vəsait ayrılacaq.

Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, Şuranın maliyyə dəstəyi ilə yerinə yetirilən layihələrin icrasının effektivliyini artırmaq, eləcə də verilən hesabatlarda yanlışlıqlara yol verməmək üçün belə toplantılara ehtiyac var. "Layihələrin icrası və hesabatlarda qüsurlara yol verilməməsi üçün layihə rəhbərləri məsuliyyətli və dəqiq olmalıdırlar", - Qurbanov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti