...

Türkiyəyə getmək variantı alınmasa, karyeramı Azərbaycanda davam etdirəcəm - millinin kapitanı

Cəmiyyət Materials 23 İyun 2009 14:08 (UTC +04:00)
Türkiyəyə getmək variantı alınmasa, karyeramı Azərbaycanda davam etdirəcəm - millinin kapitanı

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın futbol üzrə milli komandasının kapitanı növbəti mövsümdən yerli klubların birində oynaya bilər.

"Türkiyəyə getmək variantı alınmasa, karyeramı Azərbaycanda davam etdirəcəm", - çərşənbə axşamı Trend -a millinin kapitanı, ötən mövsüm Türkiyənin "Kocelispor" klubunda oynayan Rəşad Sadıqov deyib.

Azərbaycan milli komandasının kapitanı olan Sadıqov son mövsümün ikinci dövrəsində Türkiyənin "Kocaelispor" klubunda çıxış edib.

27 yaşlı Sadıqov Azərbaycan klublarından daha çox "Neftçi"də çıxış edib.

Sadıqovun sözlərinə görə, Türkiyə Superliqasında çıxış edən 2-3 klub onunla maraqlanır.

"Amma söhbət müqavilə bağlamaq səviyyəsinə çatmayıb. Klublarla danışıqları menecerlər aparır. Yenidən Türkiyədə oynamaq variantı alınmasa, məcbur olub, Azərbaycan klublarından biriylə müqavilə bağlayacağam", - millinin kapitanı deyib.

Sadıqov deyib ki, Türkiyə klublarından hansısa onu baxışdan keçməyə dəvət etsə, bunu qəbul etməyəcək: "Mən hansısa komandada baxışdan keçmək istəmirəm. Artıq Türkiyədə oynamışam və orda məni az-çox tanıyırlar. Odur ki, birbaşa müqavilə bağlamaq istəyirəm".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti