...

Azərbaycan ərazisində havaların isti və quraq keçməsi meşələrdə yanğın təhlükəsini artırıb - nazirlik

Cəmiyyət Materials 24 İyun 2009 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Azərbaycan meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, meşə yanğınlarının qarşısının alınması məqsədilə ETSN Fövqəladə Hallar Nazirliyinin aidiyyatı strukturları ilə birgə hazırlanmış tədbirlər planına uyğun olaraq ETSN-nin Fövqəladə Hallar Mərkəzi və bütün meşə müəssisələrinin meşə mühafizə mühəndisləri, meşəbəyiləri, yanğın keşikçilərinin iştirakı ilə təlim-məşqlər keçirib. Bundan əlavə, yanğın təhlükəsi gözlənilən ərazilərdə 671 kilometr uzunluğunda yanğın əleyhinə mineral zolaqlar çəkilib, 595 kilometr köhnə zolaqlar isə təmir edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti