...

Azərbaycanın Mətbuat Şurasına qarşı iddia rədd edildi

Cəmiyyət Materials 2 İyul 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Mətbuat Şurasına qarşı qaldırılan məhkəmə iddiası rədd edilib.

"Binəqədi Rayon Məhkəməsində "Korrupsiya və cəmiyyət" jurnalının baş redaktoru M.Həmidovun iddiaları əsasında Azərbaycan Mətbuat Şurasına və şuranın Reket jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadəyə qarşı məhkəmə prosesi keçirilib", - cümə azşamı Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çoх tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Hakim Allahverən Həsənovun sədrliyi ilə keçirilən prosesdə iddiaçının cavabdeh tərəflərə qarşı irəli sürdüyü "şərəfin, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, təkzib verilməsi, vurulmuş mənəvi və maddi zərərin ödənilməsinə" dair qətnamə çıxarılıb. Hər iki iddianın əsassız olduğuna dair məhkəmə qətnaməsi qəbul olunub.

Mətbuat Şurasının İdarə Heyəti "Korrupsiya və cəmiyyət" jurnalının adını aprelin 24-də etik prinsiplərə birbaşa sayğısızlığa, peşə səlahiyyətlərini aşmağa görə "reket" nəşrlər sırasına daxil olunması barədə qərar qəbul etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti