...

Azərbaycanda "Arxeologiyanın inkişafı" adlı layihəyə start verilib

Cəmiyyət Materials 3 İyul 2009 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir K.Zərbalıyeva /  

"İrəli" İctimai Birliyi "Arxeologiyanın inkişafı" adlı layihəyə start verib.

İctimai Birlikdən cümə günü Trend -a verilən məlumata görə, layihə çərçivəsində yay arxeologiya düşərgələri keçiriləcək.

Düşərgələrin keçiriləcəyi ilk yer Gəncə şəhəri olacaq. On gün müddətində davam edəcək düşərgə zamanı gənclər arxeoloji qazıntılar aparacaq, həmin ərazinin tarixi abidələri ilə tanış olacaqlar.

Gəncədə baş tutacaq ekspedisiyaya Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun İlkin və Orta Əsrlər Arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Arif Məmmədov rəhbərlik edəcək, gənclərə Gəncə qalası haqqında məlumat verəcək.

Ümumilikdə ayrı-ayrı vaxtlarda İctimai Birlik tərəfindən 10 yay düşərgəsi keçiriləcək ki, bunlardan 3-nü arxieloji düşərgələr təşkil edəcək.

Layihənin davamı Ağcabədi və Naxçıvanda keçiriləcək.

İyulun 5-dən başlayacaq layihənin rəhbəri "İrəli"nin nümayəndəsi Aliyə Qurbanova, arxeoloji qazıntıların və ekspedisiyaların rəhbəri isə Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri Qüdrət İsmayılzadədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti