...

Kiyevdə Milli Mətbuat Günü münasibətilə azərbaycanlı jurnalistin kitabı nəşr olunub

Cəmiyyət Materials 22 İyul 2009 14:23 (UTC +04:00)
Kiyevdə azərbaycanlı jurnalist Qaraş Tağıyevin kitabı Azərbaycan, Ukrayna və rus dillərində nəşr olunub.
Kiyevdə Milli Mətbuat Günü münasibətilə azərbaycanlı jurnalistin kitabı nəşr olunub

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir C.Babayeva /

Kiyevdə azərbaycanlı jurnalist Qaraş Tağıyevin kitabı Azərbaycan, Ukrayna və rus dillərində nəşr olunub.

"Kitabda əsas yeri Ukrayna dilinə ilk dəfə tərcümə olunmuş Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Müdrik nəsihətləri" məqaləsi tutur", - çərşənbə günü Trend -a Kiyevdən Tağıyev deyib.

Kitabda Tağıyevin Ukrayna-Azərbaycan münasibətlərinin mədəni-siyasi aspektləri, Azərbaycan diasporunun Ukraynadakı fəaliyyəti haqqında Ukrayna KİV-dəki müxtəlif yazıları, həmçinin müsahibələr, tərcümələr, məqalələr və müxtəlif illərin lirik əsərləri təqdim olunub.

Tağıyev deyib ki, Azərbaycan jurnalistikasının inkişafındakı böyük mərhələ dünya siyasətinin korifeylərindən biri, KİV-in "Jurnalistlərin dostu" adını verdiyi Heydər Əliyevin adı ilə bağlıdır.

"Azərbaycanın Milli Mətbuat Gününə həsr edilmiş kitabın təqdimatı yaxın zamanda keçiriləcək", - o məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti