...

Azərbaycanda baş redaktorun məhkəmə istintaqı başa çatıb

Cəmiyyət Materials 24 İyul 2009 18:08 (UTC +04:00)
Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283 -cü) maddəsi ilə ittiham olunan Zeynallı 2004-cü ildə Adolf Hitlerin "Mənim mübarizəm" kitabının Azərbaycan dilinə tərcüməsində Hitlerə və kitaba rəğbət hissində günühlandırılır.
Azərbaycanda baş redaktorun məhkəmə istintaqı başa çatıb

Azərbaycan, Bakı, 24 iyul / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında ittiham olunan baş redaktorun məhkəmə istintaqı başa çatıb.

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının 1500 manat məbləğində cərimələnməsi barədə prokuror məhkəməyə müraciət edib. Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283 -cü) maddəsi ilə ittiham olunan Zeynallı 2004-cü ildə Adolf Hitlerin "Mənim mübarizəm" kitabının Azərbaycan dilinə tərcüməsində Hitlerə və kitaba rəğbət hissində günühlandırılır.

Zeynallı Hitlerin "Mənim mübarizəm" adlı kitabını Azərbaycan dilinə tərcümə edərək 2004-cü ilin noyabrında nəşr etdirib. Həmin il dekabrın 8-də o, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Dekabrın 9-da Zeynallıya qarşı cinayət işi açılıb. Həmin cinayət işi 2005-ci il fevralın 26-da MTN tərəfindən xitam olunub. Ötən il mayın 7-də baş prokuror tərəfindən cinayət işi yenilənib.

Məhkəmə hökmü iyulun 29-da elan olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti