...

Azərbaycan Beynəlxalq Unversitetinə və digər ali məktəblərə qanunsuz tələbə qəbulunda ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 30 İyul 2009 13:06 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Müşfiq Muradov 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Bənövşə Hacıyeva isə 3 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb.
Azərbaycan Beynəlxalq Unversitetinə və digər ali məktəblərə qanunsuz tələbə qəbulunda ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 30 iyul / Trend , muxbir H.Bağırov /

Azərbaycan Beynəlxalq Unversitetinə (ABU) və digər ali məktəblərə qanunsuz yolla tələbə qəbulu etdirməkdə ittiham olunan şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Müşfiq Muradov 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Bənövşə Hacıyeva isə 3 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Binəqədi rayon Polis İdarəsinin keçmiş əməliyyat müvəkkili Müşfiq Muradovun və ABU-nun tektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi olmuş Bənövşə Hacıyeva Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən dələduzluq etmək) maddəsi ilə ittiham olunub.

Təqsirləndirilən şəxslər 2005-cü ildə bir qrup şəxslə cinayət əlaqəsinə girərək, ABU-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar tələbələr götürülməsinə başlayıblar. Onlar əvvəlcə tələbələri Dağstanda olan universitetlərdən birinə qəbul etdirməyi, sonra isə onların ABU-ya köçürüləcəyini vəd ediblər. Təqsirləndirilən şəxslər 2005-2007-ci illər ərzində 100-dən çox vətəndaşı aldadaraq, pullarını mənimsəyiblər. Zərərçəkmişlərin şikayətindən sonra təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti