Azərbaycan, Bakı, 03 avqust / Trend , muxbir K.Zərbalıyeva /
Azərbaycanda vəkilliyə keçirilən test imtahanından uğur qazanmış 45 namizəd Vəkillər Kollegiyasına üzv qəbul edilib.
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bazar ertəsi Trend -a bildirib ki, həmin hüquqşünaslar and içərək Kollegiya üzvlüyünə qəbul edilib. İmtahanlarda uğur qazanmış 23 hüquqşünas isə bu həftə ərzində Kollegiyaya üzv qəbul olunacaq.
Həmin hüquqşünasların rayonlar üzrə bölüşdürüldüyünü deyən Nəcəfov bildirib ki, vəkillər Abşeron, Sumqayıt, Masallı, Lerik, Lənkəran, Cəlilabad, Şirvan, Gəncə, Tərtər rayonlarında fəaliyyət göstərən vəkil qrumlarında fəaliyyət göstərəcəklər.
Bu ilin mayında vəkil olmaq istəyən 471 nəfərlə test imtahanı keçirilib. İmtahanda 71 namizəd 60 və daha artıq bal toplayaraq müsahibəyə buraxılıb. İyulun 6-dan İxtisas Komissiyası tərəfindən namizədlərlə aparılan müsahibə (söhbət) başa çatıb və nəticədə 68 nəfər müvəffəqiyyət qazanaraq vəkilliyə qəbul olub.
Trend -un arayışı: Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Almaniyalı ekspert Tomas Herman daha öncə mətbuata açıqlamalarının birində bildirib ki, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür. Almaniyalı ekspertin qənaətincə, ədalətli və obyektiv məhkəmə qərarının qəbul edilməsində peşəkar vəkillərin rolu var.
Hazırda Azərbaycanda 720-yə yaxın vəkil var.
M?qal? mu?llifi il? ?laq? unvan?: [email protected]