Azərbaycan, Türkiyə, 07 avqust / Trend , müxbir A.Hüseynbala /
Türkiyənin futbol üzrə Super Liqasında 2009-2010-cu il mövsümündə mübarizə aparacaq 18 komanda arasında ən bahalı klub "Qalatasaray"dır.
"Qalatsaray"ın bu mövsüm heyətində oynayacaq futbolçuların ümumi dəyəri 121 milyin 650 min avrodur", - Trend -un məlumatına görə, cümə günü Almaniyanın "transfermarkt.de" internet saytında bildirilib.
Elano Blumer, Abdul Kader Keyta, Leo Franko və Gökhan Zan kimi tanınmış futbolçuları transfer edən sarı-qırmızılıların heyətinin dəyəri ən yaxın rəqibi "Fənərbaxça"dan 8 milyon, "Beşiktaş"dan isə 31 milyon avro çoxdur.
İnternet saytının məlumatına görə, "Fənərbaxça" klubundakı oyunçuların dəyəri 113 milyon 400 min avro, "Beşiktaş"ın isə 90 milyon 150 min avrodur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]