...

Azərbaycanın "Qarabağ" klubunun nümayəndəsi "Tventi"nin çempionat oyununu izləyəcək

Cəmiyyət Materials 8 Avqust 2009 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust  / Trend , muxbir F.Huseynli /

Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Avroliqanın dördüncü mərhələsində oynayacaq Hollandiyanın "Tventi" klubunu yaxından öyrənməyə başladıqlarını bildirib.

"Köməkçimi Hollandiyaya göndərmişəm. Sabah Hollandiya çempionatında "Tventi"nin oyununu izləyəcək və sonra videolentini gətirəcək. Bundan sonra oyunu təhlil edəcəyik", - şənbə günü Trend -a baş məşqçi Qurban Qurbanov bildirib.

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkünə əsasən, Azərbaycanın "Qarabağ" klubu Hollandiyanın "Tvente" komandası ilə görüşəcək. İlk oyun avqustun 20-də İsveçrədə olacaq.

"Qarabağ" klubu Avqopa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın "Honka" komandasını məğlub edərək növbəti mərhələyə adlayıb.

Qurbanov deyib ki, şansı indidən dəyərləndirmək çətindir. "Ağır oyunlar olacaq. Ancaq çalışacağıq ki, ümidləri doğruldaq", - baş məşqçi əlavə edib.
 
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti