Azərbaycan, Bakı, 14 avqust / Trend , muxbir H.Bağırov /
Bakı vətəndaşının evinə partlayıcı qurğunun qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan Azərbaycan Beynəlxalq Unversitetinin III krus tələbəsi Gülər Əfəndiyevaya cümə günü hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin terrorla hədələmə (216) maddəsi ilə ittiham olunan Göyçay rayon sakini Gülər Əfəndiyevaya cəza kəsilib. Məhkəmə Cinayət Məcəlləsinin şərti məhkum etmə (70) maddəsini tətbiq etməklə Əfəndiyevaya 2 il sınaq cəzası təyin edib. Onun barəsində seçilmiş həbs qəti imkan tədbiri dəyişdirilərək, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, bu il mayın 22-də Bakının Binəqədi rayonu Cəfər Xəndan küçəsi, mənzil 10-da yaşayan Firəngiz Əliyevanın ev telefonuna zəng edən naməlum şəxs keçmiş Karl Marks heykəlinin olduğu yerin ətrafına bomba qoyulması barədə xəbər verib. Firəngiz Əliyeva da daxil olan zənglə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Məlumatdan sonra Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirlyiinin əməkdaşları ərazidə axtarış aparıblar. Gülər Əfəndiyeva ilə yanaşı Bakı Slavyan Universitetinin I kurs tələbəsi, 19 yaşlı Fidan Əliyeva və bacısı Kəmalə Əliyeva da saxılanılıb. Lakin onların cinayəti sübuta yetirilməyib və hər iki bacı cinayət işi üzrə şahid qismində dindiriliblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]