...

Aktyor Semyon Farada vəfat edib

Cəmiyyət Materials 21 Avqust 2009 16:51 (UTC +04:00)
Görkəmli teatr və kino aktyoru Semyon Farada uzun sürən ağır xəstəlikdən sonra avqustun 20-də Moskvadakı xəstəxanaların birində vəfat edib.
Aktyor Semyon Farada vəfat edib

Görkəmli teatr və kino aktyoru Semyon Farada uzun sürən ağır xəstəlikdən sonra avqustun 20-də Moskvadakı xəstəxanaların birində vəfat edib. Bu barədə RİA Novosti xəbər verib.

Xarakterik rolların mahir ifaçısı, onlarla filmə çəkilmiş, Taqanka teatrında işləmiş Semyon Lvoviç Faradanın 75 yaşı var idi.

Taqanka teatrında aktyor "Sezuandan olan yaxşı adam" (ikinci Tanrı), "Hamlet" (ikinci qəbirqazan), "Usta və Marqarita" (bufetçi Sokov, Benqal konferansı), "Babelin beş hekayəti" (Zaqurskinin tələbəsi) adlı məşhur tamaşalarda müxtəlifg rolllarda çıxış edib.

O, Sovet və Rusiya kinomatoqrafiyasında ən çox ehyiyac duyulan aktyor olub. "Həmin Münhauzen", "Qaraj", "Sehrbaz", "Mənim dostum İvan Lapşin", "Sevgi düsturu", "Nigah səbətində milyon" və bu kimi 60-a yaxın filmdə iştirak edib. Oynadığı film və tamaşalarda o, oz qəribə xarici görkəmi və səs tonu sayəsində xarakterik obrazlar yaratmağa nail olub.

2000-ci ildən aktyor ürəyində aparılan ciddi əməliyyatdan sonra kino və teatr səhnəsindən uzaqlaşmışdı. Onun ürəyinə süni qapaqcıq yerləşdirilmişdi. Elə həmin il iflic olduğundan aktyorun danışıq qabiliyyəti pozulmuşdu. Farada bundan sonra tez-tez xəstəxanada yatmalı olurdu.

Semyon Farada 1991-ci ildə RSFSR-in əməkdar artisti, 1999-cu ildə xalq artisti adına layiq görülüb. Xanımı Mariya Poliseymako, oğlu Mixail Poliseymakodur.

Xəbər lenti

Xəbər lenti