...

Azərbaycanlı deputatın ön söz müəllifi olduğu şeir kitabı nəşr olunub

Cəmiyyət Materials 2 Sentyabr 2009 14:43 (UTC +04:00)
“Oxuculara təqdim olunan bu kitab sənətkarın bədii irsinin mükəmməl bir nümunəsi hesab edilə bilər”, - Trend News-un məlumatına görə, çərşənbə günü Muğam Teatrında keçirilən tədbirdə Milli Məclisin üzvü, kitabın ön sözünün müəllifi Qənirə Paşayeva bildirib.
Azərbaycanlı deputatın ön söz müəllifi olduğu şeir kitabı nəşr olunub

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın ustad aşığı Əkbər Cəfərovun şeirlərindən ibarət növbəti kitabı nəşr olunub.

"Oxuculara təqdim olunan bu kitab sənətkarın bədii irsinin mükəmməl bir nümunəsi hesab edilə bilər", - Trend -un məlumatına görə, çərşənbə günü Muğam Teatrında keçirilən tədbirdə Milli Məclisin üzvü, kitabın ön sözünün müəllifi Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, aşıq Əkbər öz sazı-sözü ilə könüllərə məlhəm olan ustad sənətkar və Allahın sevimli bəndəsi idi. "Ulu yaradan ona sevgisini və vergisin adı ilə bərabər göndərmişdi. Allah ona bənzərsiz vəcd əta etmiş, saz-söz sənətində böyük zirvələr fəth etmək kimi bir tale yazmışdı", - millət vəkili əlavə edib.

Paşayeva deyib ki, aşıq Əkbəri xatırlayan hər bir kəs yaxşı bilir ki, onun istedadı, ilahi səsi şəxsiyyəti və mərhəmətli qəlbi ilə tam vəhdət təşkil edirdi. "Bir sözlə, "Əkbər əmi" deyə müraciət etdiyimiz bu böyük ustad və şəxsiyyət Allahın seçilmiş, xoşbəxt bəndəsiydi. Əkbər doğrudan da aşıq sənətində əkbərliyə, yəni böyüklüyə ucalmışdı", - kitabın ön sözünün məllifi vurğulayıb.

Millət vəkilinin fikrincə, böyük ustadı görməyən nəsil belə, təkcə onun tez-tez televiziya ekranlarında nümayiş etdirilən "Böyük dayaq" və "Ögey ana" kimi unudulmaz filmlərdə ifa etdiyi "Cəlili" və "Mirzəcanı" havalarının sehrinə düşərək ona heyran olur. "Aşıq Əkbər həmişə deyərdi ki, "yaxşı aşıq yetişdirmək istəyirsənsə, gərək əvvəlcə yaxşı insan tərbiyələndirəsən. Aşıq Əkbər əsil şəxsiyyət olmaqla, həm də bir haqq aşığı idi", - Paşayeva deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti