...

Gimnastika üzrə Azərbaycan milli komandası dünya çempionatında dördüncü yerdədir

Cəmiyyət Materials 9 Sentyabr 2009 18:28 (UTC +04:00)
Yaponiyanın Mie şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatının üçüncü günü Azərbaycan gimnastları topla çıxış ediblər. Hakimlərdən Aliyə Qarayeva 27,325, Anna Qurbanova 24,900, Zeynəb Cavadlı 22,650 bal alıblar. Aliyə hələ ki, üçüncü yeri tutur və bu predmetlə finala çıxmaq üçün yaxşı şansları var. Anna 14-cü, Zeynəb isə 34-cü pillədə qərarlaşıb.
Gimnastika üzrə Azərbaycan milli komandası dünya çempionatında dördüncü yerdədir

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir F.Hüseynli /

Yaponiyanın Mie şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatının üçüncü günü Azərbaycan gimnastları topla çıxış ediblər. Hakimlərdən Aliyə Qarayeva 27,325, Anna Qurbanova 24,900, Zeynəb Cavadlı 22,650 bal alıblar. Aliyə hələ ki, üçüncü yeri tutur və bu predmetlə finala çıxmaq üçün yaxşı şansları var. Anna 14-cü, Zeynəb isə 34-cü pillədə qərarlaşıb. Bu barədə Trend -a Azərbaycan Gimnastika Federasiyasından bildirilib.

Çoxnövçülükdə Aliyə Qarayeva 80,725 bal nəticə ilə 7-ci yerdən 5-ci yerə yüksəlib. 139 gimnast arasında Anna Qurbanova (77,500) 10-cu, Zeynəb Cavadlı (71,400) 35-ci mövqedə yer alıb. Rusiyalı üçlük - Yevgeniya Kanayeva (86,100), Olqa Kapranova (83,675) və Darya Kondakova (83,300) liderlik edir.

Sabah azərbaycanlı idmançılar lentlə çıxış edəcəklər. Sabah ayrıca final da keçiriləcək, eləcə də komanda birinciliyinə yekun vurulacaq. Azərbaycan yığması 229,625 balla dördüncü yeri tutur. Birinci yeri Rusiya (253,075), ikinci yeri Belarus (237,200), üçüncü yeri isə Ukrayna (229,800) tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti