...

Rusiya vətəndaşı Azərbaycanda 15 il azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 11 Sentyabr 2009 18:22 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İqor Bajilevskin və Anar Nuriyevə hökm oxunub.
Rusiya vətəndaşı Azərbaycanda 15 il azadlıqdan məhrum edildi

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycan məhkəməsi qəsdən adam öldürməkdə ittiham olunan Rusiya vətəndaşına 15 il azadlıqdan məhrumetmə cəzası verib.

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İqor Bajilevskin və Anar Nuriyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nuriyevə isə 13 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddələri ilə ittiham olunurlar.

Ötən il dekabrın 18-də Sabunçu rayonu ərazisində meyiti aşkarlanmış Aleksandr Nikolayeviç Qolikovun İqor Bajilevski tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib. Bajilevskinin Qolikovun başına küt alətlə zərbələr endirərək onu öldürdüyü aşkarlanıb.

İstintaqla Bajilevskinin Qolikovu qətlə yetirməmişdən bir gün əvvəl Xətai rayonunda kirayə qaldığı evin sahibi Rafiq Azər oğlu Əliyevi də çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirdiyi müəyyən edilib. Hadisənin iki nəfər tərəfindən törədildiyi müəyyən olunub.

Bajilevski qətli Sabunçu rayon sakini Anar Ruslan oğlu Nuriyevlə birgə törətdiyini etiraf edib.

İqorun ifadəsi əsasında Nuriyev də məsuliyyətə cəlb edilib. Hər iki hadisə pul üstündə törədilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti