...

Azərbaycanlı baş redaktor səhhəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb

Cəmiyyət Materials 18 Sentyabr 2009 14:40 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə günü Trend News-a verilən məlumata görə, “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin müalicə müəssəsinə köçürülməsi ilə bağlı məhkəmə prosesi təxirə salınıb.
Azərbaycanlı baş redaktor səhhəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb

Azərbaycan, Bakı,18 sentyabr / Trend , muxbir K. Zərbalıyeva /

Xuliqanlıqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən azərbaycanlı baş redaktor səhhəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə günü Trend -a verilən məlumata görə, "İdeal" qəzetinin baş redaktoru Nazim Quliyevin müalicə müəssəsinə köçürülməsi ilə bağlı məhkəmə prosesi təxirə salınıb.

Quliyev Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.2), hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə (182.2.3), külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə (182.2.3), xuliqanlıq (221.1), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddələri ilə təqsirli bilinib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti