...

Azərbaycanda silah və narkotik qaçaqmalçılığında təqsirləndirilən iranlıların məhkəməsi başlayıb

Cəmiyyət Materials 25 Sentyabr 2009 15:35 (UTC +04:00)
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah və narkotik vasitələr gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.
Azərbaycanda silah və narkotik qaçaqmalçılığında təqsirləndirilən iranlıların məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir H.Bağırov /

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah və narkotik vasitələr gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İran vətəndaşları - Səməndəri Həmid Məhər oğlu, Rzayi Mirzabil Mirzəyar oğlu, Xurşudov Mirzabil Mirzəyar oğlu, Mirhəzərov Mirhani Mircəfər oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.2.1), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər bu ilin yanvarın 25-də Biləsuvar rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tutulublar. Onlardan 10 kq həşiş, 2 kq 901 qram heroin və 1 ədəd TT markalı tapança götürülüb.

Məhkəmə baxışı oktyabrın 2-nə təyin edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti