...

Azərbaycan Mərkəzi Bankının əməkdaşları 33 il azadlıqdan məhrum ediliblər

Cəmiyyət Materials 29 Sentyabr 2009 12:24 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyevaya 3 və kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilova əmlakı müsadirə olunmaqla 6, xəzinədarlar Şəhnaz Səmədovaya 8, Nazilə Bağırovaya 8 və Könül İsmayılovaya 8 il azadlıqdan məhrum etmə, Səbinə Məmmədovaya isə 2 il şərti cəza verilib.
Azərbaycan Mərkəzi Bankının əməkdaşları 33 il azadlıqdan məhrum ediliblər

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan Mərkəzi Bankının əməkdaşlarına hökm oxunub.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyevaya 3 və kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilova əmlakı müsadirə olunmaqla 6, xəzinədarlar Şəhnaz Səmədovaya 8, Nazilə Bağırovaya 8 və Könül İsmayılovaya 8 il azadlıqdan məhrum etmə, Səbinə Məmmədovaya isə 2 il şərti cəza verilib.

Hacıyeva və Cəlilov 2, Məmmədova 1, digərləri isə 3 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum ediliblər.

Həmin şəxslər Mərkəzi Bankdan 2003-cü ildən 2008-ci ilə qədər 7 milyard (köhnə Azərbaycan manatı ilə) manat mənimsəyiblər.
Ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri tutulub.

Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyeva və kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilov, xəzinədarlar Şəhnaz Səmədova, Nazilə Bağırova və Könül İsmayılova Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), mənimsəmə və ya israf etmə (179.3.2), rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə (326), Səbinə Məmmədova isə səhlənkarlıq (314.2-ci ) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti