...

Əfqanıstan və Pakistanda antiterror koalisiya qoşunlarına qarşı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarına hökm oxunub

Cəmiyyət Materials 12 Oktyabr 2009 13:28 (UTC +04:00)
Trend News-un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə İşlər üzrə Məhkəmədə bu cinayət işi üzrə proses başa çatıb.
Əfqanıstan və Pakistanda antiterror koalisiya qoşunlarına qarşı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarına hökm oxunub

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir H.Bağırov/

Əfqanıstanda və Pakistanda qanunsuz silahlı birləşmələrdə ABŞ-la müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşına hökm oxunub.

Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə İşlər üzrə Məhkəmədə bu cinayət işi üzrə proses başa çatıb.

Təqsirləndirilən şəxslərŞakir Xanbutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilov qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279.1), Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə ( 318.1, 318.2-ci), qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə (228.1) maddələri ilə ittiham olunurlar.

Məhkəmənin hökmü ilə Şakir Xanbutova 1 il 6 ay, Araz Kəngərliyə 2 il 6 ay, Telman İsayevə 2 il 6 ay, Tural Sultanova 2 il azadlıqdan məhrumetmə cəzası verilib.

Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilova isə 6 ay azadlıqdan məhrumetmə cəzası verilsə də, Vəkilovdan başqa hamısının həbsdə olduğu müddət cəza müddətinə hesablanaraq məhkəmə zalından azad olunub.

Vəkilovun cəza müddəti isə oktyabrın 29-da başa çatır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti