Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Antidopinq Agentliyinin Parisdə oktyabrın 26-dan 28-dək keçirilən iclasında iştirak edir. Bu barədə Trend -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbir zamanı antidopinq məcəlləsinin həyata keçirilməsi barədə hesabatlar dinlənəcək, idmanda dopinqlə mübarizə üzrə beynəlxalq konvensiyasının monitorinqi keçiriləcək.
Fransada olarkən nazir Azad Rəhimov Bolqarıstanın idman naziri, Rusiyanın İdman Komitəsinin sədri, Ümumdünya Antidopinq Agentliyinin prezidenti, İspaniyanın idman üzrə dövlət katibi və Böyük Britaniyanın idman naziri ilə görüşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]