...

Azərbaycanın Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

Cəmiyyət Materials 26 Oktyabr 2009 15:53 (UTC +04:00)
"Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycanın kütləvi informasiya vasitələri sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah" mövzusunda dəyirmi masa keçiriləcək", - bazar ertəsi Trend News-a Mətbuat Şurasından bildirilib.
Azərbaycanın Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək.

"Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycanın kütləvi informasiya vasitələri sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah" mövzusunda dəyirmi masa keçiriləcək", - bazar ertəsi Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Oktyabrın 28-də "Azərbaycan gəncləri" qəzetinin 90 illik yubileyinə həsr olunacaq tədbirdə ölkədəki uşaq və gənclər mətbuatının mövcud durumu barədə söhbət açılacaq, bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin problemləri və yaradıcılıq xüsusiyyətləri ətrafında diskussiyalar aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti