...

Azərbaycanın jurnalist təşkilatının nümayəndələri Gürcüstanda keçirilən konfransda iştirak ediblər

Cəmiyyət Materials 4 Noyabr 2009 16:42 (UTC +04:00)
RUH" Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsinin təmsilçiləri noyabrın 2-3-də "Qafqaz jurnalistləri şəbəkəsi və bölgə xalqları regional inteqrasiya şəraitində" layihəsi çərçivəsində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq konfransdan qayıdıblar", - çərşənbə günü Trend News-a komitədən bildirilib.

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın jurnalist təşkilatının nümayəndələri Gürcüstanda keçirilən konfransda iştirak ediblər.

"RUH" Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsinin (AJMK) təmsilçiləri noyabrın 2-3-də "Qafqaz jurnalistləri şəbəkəsi və bölgə xalqları regional inteqrasiya şəraitində" layihəsi çərçivəsində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən beynəlxalq konfransdan qayıdıblar", - çərşənbə günü Trend -a komitədən bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır

Tədbir zamanı bölgə ölkələrində fəaliyyət göstərən media orqanlarının qarşılıqlı əlaqələrini, o cümlədən bu münasibətlərin regionda yaşayan xalqlara təsirini nəzərdə tutan layihə çərçivəsində Qafqaz jurnalistləri şəbəkəsi saytı yaradılıb. Sayt rus və ingilis dillərindədir.

"RUH" AJMK konfransda Cənubi Qafqaz regionu üzrə həyata keçirilən layihənin Azərbaycan təmsilçisi kimi iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti