...

Ketsbaya iki il ərzində futbol üzrə Gürcüstan yığmasına rəhbərlik edəcək

Cəmiyyət Materials 6 Noyabr 2009 19:34 (UTC +04:00)
Futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi 41 yaşlı gürcü mütəxəssis Temur Ketsbaya oldu.
Ketsbaya iki il ərzində futbol üzrə Gürcüstan yığmasına rəhbərlik edəcək

Gürcüstan, Tbilisi, 06 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi 41 yaşlı gürcü mütəxəssis Temur Ketsbaya oldu. O, bu gün Gürcüstan Futbol Federasiyası (GFF) ilə iki illik müqavilə imzalayıb.

Müqavilənin imzalanmasında Gürcüstanın idman və mədəniyyət naziri Nika Rurua və GFF-nin prezidenti Zviad Siçinava iştirak ediblər. Müqavilə 10 yanvar 2010-cu il tarixindən 31 dekabr 2011-ci ilədək qüvvədə olacaq.

Ketsbaya bildirib ki, hazırda Gürcüstan millisi çətin durumdadır və onun vəzifəsi komandanı yeni səviyyəyə qaldırmaqdır. "Gürcü futbolunun potensialı var və mənim vəzifəm bundan maksimum istifadə etməkdir. Mən bunun üçün bütün gücümü sərf etməyə hazıram", - o deyib.

Buna qədər Ketsbaya Kiprin "Anartosis" və Yunanıstanın "Olimpiakos" klublarında məşqçilik edib. O, hər iki klubu Çempionlar Liqasına vəsiqə ilə təmin edib.

Öz karyerası dövründə Ketsbaya futbolçu kimi Tbilisi "Dinamo"sunda, İngiltərənin "Nyukasl" və "Vulverhempton", Yunanıstanın AEK və Şotlandiyanın "Dandi" klublarında oynayıb. O, karyerasını Kipr "Anartosis"ində bitirib, sonra isə bu klubun oynayan məşqçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti