Azərbaycan, Bakıı, 12 noyabr / Trend , müxbir M.Əliyev/
Azərbaycanda pensiyaların təyinatıniın avtomatlaşdırılması istiqamətində aktiv işlər yaxın perspektivdə davam etdiriləcək və nəticədə bu sahədə şəffaflıq tam təmin olunacaq, bunu Azərbaycanda səfərdə olan İran İslam Cümhuriyyəti İslam Şurası Məclisinin Sosial məsələlər komissiyasının sədri Ağayi Süleyman Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
"Fondda bir gün ərzində 38 min məktubun çap edilməsinə imkan verən avadanlıq quraşdırılıb. Gələcəkdə hər ilin sonunda mərkəzləşdirilmiş avtomatlaşdırılmış internet sistemində olan hər bir sığortaolunanın fərdi hesabında il ərzində toplanan ümumi məbləğini və məbləğın hansı sığortaedən tərəfindən göndərildiyini əks etdirən göstəricilər çap edilərək ona göndəriləcək", - Müslümov əlavə edib, məlumatı DSMF-nun İctimaiyyətlə Əlaqə sektoru yayıb.
DSMF sədrinin sözlərinə görə, bununla yanaşı, insanlar internet vasitəsilə Fondun bazasına daxil olaraq sosial sığorta şəhadətnaməsinin nömrəsini daxil edib ona məxsus olan nə qədər məbləğin yığılması və vəsaitlərin hansı mənbələrdən daxil olduğu haqda məlumat ala biləcəklər. Ölkəmizdə 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanıldığını da qonaqların diqqətinə çatdıran Müslümov deyib kı, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə İran 4-cü yerdə qərarlaşıb.
Cəfərzadə DSMF-də görülən işləri yüksək qiymətləndirb. O, Azərbaycanın sığorta-pensiya sistemində əldə etdiyi müsbət təcrübənin digər ölkələr üçün nümunə ola biləcəyini deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]