...

"Blogerlər"in həbsi ilə bağlı məhkəmə qərarı bütün instansiyalardan keçdikdən sonra onların əfv məsələsini gündəmə gətirmək olar - ombudsman

Cəmiyyət Materials 25 Noyabr 2009 11:32 (UTC +04:00)
Azərbaycan ombudsmanı hesab edir ki, "blogerlər"in həbsi ilə bağlı məhkəmə qərarı bütün instansiyalardan keçdikdən sonra onların əfv məsələsini gündəmə gətirmək olar.
"Blogerlər"in həbsi ilə bağlı məhkəmə qərarı bütün instansiyalardan keçdikdən sonra onların əfv məsələsini gündəmə gətirmək olar - ombudsman

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı hesab edir ki, "blogerlər"in həbsi ilə bağlı məhkəmə qərarı bütün instansiyalardan keçdikdən sonra onların əfv məsələsini gündəmə gətirmək olar.

"Blogerlər həbs olunan vaxt, mən barışıq təklif etmişdim. Onlar elə bir ağır cinayət törətməmişdilər və bu problemi barışıq yolu ilə həll etmək mümkün idi", - Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ombudsman Elmira Süleymanova deyib.

Noyabrın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Gənclər bu il iyulun 8-də restoranda baş verən münaqişədən sonra tutulmuşdular. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Süleymanovun sözlərinə görə, Apellyasiya Məhkəməsi bu qərara münasibət bildirəcək.

"Hazırda onların əfv olunması ilə bağlı söhbət getmir. Bunun üçün məhkəmə qərarı hüquqi qüvvəyə minməlidir. Onların işi bütün instansiyaları keçməlidir, ola bilsin ki, bu instansiyalarda "blogerlər"in həbsdən azad olma məsələsi həll olunsun və mənim onların əfvi üçün müraciət etməyimə ehtiyac qalmasın", - ombudsman əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti