...

Azərbaycanda həbsxanada arvadını öldürməyə cəhddə ittiham olunan məhkumun məhkəməsi başlayıb

Cəmiyyət Materials 7 Dekabr 2009 17:24 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 1981-ci il təvəllüdlü Ceyhun Məmmədov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məmmədov bildirib ki, onunla görüşə gələn həyat yoldaşı Günel Məmmədova ilə mübahisə edib və nəticədə onu öldürmək istəyib.

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda həbsxanada arvadını öldürməyə cəhddə ittiham olunan məhkumun məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 1981-ci il təvəllüdlü Ceyhun Məmmədov ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məmmədov bildirib ki, onunla görüşə gələn həyat yoldaşı Günel Məmmədova ilə mübahisə edib və nəticədə onu öldürmək istəyib.

Bu ilin avqustunda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məmmədov görüş otağında onunla görüşməyə gələn həyat yoldaşına onun boğaz nahiyəsindən kəsici-deşici alətlə xəsarət yetirib. Məmmədova xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd (29,120.2.4), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd (29,120.2.9) maddələri ilə ittiham olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti