...

Naxçıvanda 3 jurnalistin zorakılığa məruz qalması barədə məlumatlar əsassızdır - nümayəndəlik

Cəmiyyət Materials 17 Dekabr 2009 18:33 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi Naxçıvanda 3 jurnalistin zorakılığa məruz qalması barədə məlumatları əsassız sayır.

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi Naxçıvanda 3 jurnalistin zorakılığa məruz qalması barədə məlumatları əsassız sayır.

Trend -un məlumatına görə, bununla bağlı nümayəndəliyin məlumatında bildirilir ki, jurnalistlərin zorakılığa məruz qalması barədə reallığı əks etdirməyən və yoxlanılmayan məlumatlar KİV-lərə ötürülüb.

"Bu, maraqlı qüvvələrin yeni təxribatçı əməllərinin tərkib hissəsidir", - məlumatda bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti