...

Bakının "Neftçi" klubuna yeni prezident təyin olunub

Cəmiyyət Materials 23 Dekabr 2009 15:06 (UTC +04:00)
Bakının “Neftçi” klubunun prezident postunda dəyişiklik gerçəkləşib. Trend News-un məlumatına görə, son il yarımda bu vəzifəni tutan Əkbər Hacıyevin istefası qəbul olunub.
Bakının "Neftçi" klubuna yeni prezident təyin olunub

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir F.Hüseynli/

Bakının "Neftçi" klubunun prezident postunda dəyişiklik gerçəkləşib. Trend -un məlumatına görə, son il yarımda bu vəzifəni tutan Əkbər Hacıyevin istefası qəbul olunub.

"Neftçi" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqov klubun prezidenti təyin edilib. Bu gün klubun bazasında Hacıyev və Sadıqovun komanda ilə görüşü olub və yeni prezident komandaya təqdim olunub.

İstefasının səbəblərini açıqlayan Hacıyev bundan sonra da komandanın yanında olacağını bildirib.

"İşlərimin çox olması ilə bağlı seçim qarşısında qaldığımdan və "Azəriqaz" İstehsalat Birliyində yeni layihələrin həyata keçirilməsi üçün dövlət tapşırığının yerinə yetirilməsinin vacibliyini nəzərə alaraq, "Neftçi" PFK-nın prezidenti vəzifəsindən istefa verməyi qərara aldım. Buna baxmayaraq, komandaya bundan sonra da dəstək olacaq və sizin hər bir uğurunuzu öz uğurum hesab edəcəm", - o deyib.

Sadıqov çıxış edərək, nəinki futbolçulara, bütün idmançılara son dərəcə hörmət etdiyini və "Neftçi"də möhkəm və səmimi kollektivin yaradılması arzusunu bildirib.

"Neftçi"nin prezidenti olmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir. Bu vəzifədə əlimdən gələni edəcəyəm ki, klubun heç bir problemi olmasın və bu münasibətin də qarşılığı bizim bir ailə kimi birləşib uğurlu nəticələr əldə etməyimiz olmalıdır", - o deyib.

Xəbər lenti

Xəbər lenti