...

Azərbaycanın təhsil naziri texniki peşə məktəblərinin direktorlarını öz daxili resurslarından səmərəli istifadə etməyə çağırıb

Cəmiyyət Materials 25 Dekabr 2009 15:36 (UTC +04:00)
"Texniki peşə məktəbləri öz vəsaitləri hesabına binalar tikə, təmir edə və avadanlıqlar ala bilməzlər, amma düzgün təşkilati işlər sayəsində digər problemləri həll edə bilərlər", - nazir Misir Mərdanov 6 saylı texniki peşə məktəbinin 40 illiyinə həsr olunmuş tədbirdə deyib.
Azərbaycanın təhsil naziri texniki peşə məktəblərinin direktorlarını öz daxili resurslarından səmərəli istifadə etməyə çağırıb

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri texnki peşə məktəblərinin direktorlarını öz daxili resurslarından daha səmərəli istifadə etməyə çağırıb. "Texniki peşə məktəbləri öz vəsaitləri hesabına binalar tikə, təmir edə və avadanlıqlar ala bilməzlər, amma düzgün təşkilati işlər sayəsində digər problemləri həll edə bilərlər", - nazir Misir Mərdanov 6 saylı texniki peşə məktəbinin 40 illiyinə həsr olunmuş tədbirdə deyib.

Nazir deyib ki, Təhsil Nazirliyinin nümayəndə heyətinin Almaniyaya səfərindən sonra peşə təhsili sahəsində birgə layihələr həyata keçirmək imkanları yaranıb. Mərdanovun sözlərinə görə, Azərbaycanın Təhsil Nazirliyi texnki peşə məktəblərinin ərazilərinin təyin olunmuş qaydada istifadə edilməməsinin tamamilə əleyhinədir, lakin əgər gələcəkdə texniki peşə məktəbləri öz ərazilərindən istifadə etməsələr, bu sahələr tutula bilər.

Təhsil naziri deyib ki, Azərbaycanda ilk dəfə olaraq texniki peşə təhsili üzrə məktəblər üçün 7 dərslik nəşr edilməyə hazırlanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti