...

Azərbaycan paytaxtında civə alveri ilə məşğul olan mütəşəkkil dəstə üzvlərinə 16 il cəza verilib

Cəmiyyət Materials 25 Dekabr 2009 17:14 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hidayət Mamoyev və İmran Pircanovun hər birinə 4 il şərti cəza verilərək məhkəmə zalından azad olunublar. Sədiyar Məmmədova 6, Rafiq Əliyev, Firdovsi Məmmədov, Bilal Həziyev, Xanlar Süleymanov, Əmiraslan İbrahimovun hər birinə 2 il azadlıqdan məhrumetmə cəzası verilib.
Azərbaycan paytaxtında civə alveri ilə məşğul olan mütəşəkkil dəstə üzvlərinə 16 il cəza verilib

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında civə alveri ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hidayət Mamoyev və İmran Pircanovun hər birinə 4 il şərti cəza verilərək məhkəmə zalından azad olunublar. Sədiyar Məmmədova 6, Rafiq Əliyev, Firdovsi Məmmədov, Bilal Həziyev, Xanlar Süleymanov, Əmiraslan İbrahimovun hər birinə 2 il azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxslər bu il iyulun 25-də 32 kiloqrama yaxın zəhərli kimyəvi maddəni satmaq istəyərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi (240.3.2) maddəsi ilə təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti