...

Almaniyada dünya azərbaycanlılarının həmrəylıik günü qeyd olunub

Cəmiyyət Materials 29 Dekabr 2009 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir A.Hüseynbala/

Almaniyada dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib.

"Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində "Milli mədəniyyətimizi qoruyaq" mövzusunda keçirilən təıdbirdə Azərbaycan diasporunun ən əziz bayramlarından biri olan həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini təcəssüm etdirir", - çərşənbə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Tədbirdə qeyd edilib ki, əsasını ümumilli lider Heydər Əliyevin qoyduğu, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu ənənə Azərbaycan xalqının birliyinə xidmət edir: Mərkəzin rəhbəri Patzer-İsmayılova qeyd edib ki, "Milli mənsubiyyət və mədəniyyətimizin, mədəni irsimizin qorunması və təbliği dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq məfkurəsi üçün ən önəmli amillərdəndir", - məlumatda vurğulanır.

Sonra qadınların Azərbaycan milli bayramları mövzusunda cəmiyyətlərarası görüşü keçirilib. Görüşdə qadınlarımız milli bayramlardan, onların diaspor tərəfindən qeyd edilməsi, bu ənənə və dəyərlərin Avropada böyüyən gənc nəslə aşılanması haqqında fikir mübadiləsi aparıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti