...

Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün müsabiqə elan edib

Cəmiyyət Materials 19 Yanvar 2010 18:04 (UTC +04:00)
"Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib", - çərşənbə axşamı Trend News-a Fonddan bildirilib.
Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün müsabiqə elan edib

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün müsabiqə elan edib.

"Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib", - çərşənbə axşamı Trend -a Fonddan bildirilib.

Layihələr fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi; Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; informasiya və kommunikasiya texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-lərin fəaliyyətinə tətbiqi; KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi; ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği mövzularında təqdim olunmalıdır.

Azərbaycan jurnalistlərinin l qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan; barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan; əsasən reklam və erotik xarakterli materiallar dərc edən; təsisçisi dini qurumlar və dini icmalar olan; xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan; xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan və təsisçiləri dövlət orqanları olan KİV-lər müsabiqədə iştirak edə bilməzlər.

Hər layihə üçün maksimum məbləğ 15 000 (on beş min) manat müəyyən edilib. Hər qurum bir layihə təqdim edə bilər. Hər istiqamət üzrə ən çox bal toplamış 5 layihə maliyyələşdiriləcək.

Ərizələr 19 yanvardan martın 1-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunacaq.

Nəticələr martın 20-dək elan ediləcək.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu il Novruz Bayramı münasibəti ilə fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsini də elan edib.

Bu müsabiqə üçün elan olunan yazılar 7 istiqamət üzrə təqdim olunmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti