...

İçərişəhərdə yaşayan əlillərin istifadəsinə elektromobil vasitələr veriləcək

Cəmiyyət Materials 27 Yanvar 2010 17:25 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, bu barədə ombudsmanın "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisinə etdiyi müraciətə cavab olaraq bildirilib.
İçərişəhərdə yaşayan əlillərin istifadəsinə elektromobil vasitələr veriləcək

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

İçərişəhərdə yaşayan əlillərin istifadəsinə elektromobil vasitələr veriləcək.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend -a verilən məlumata görə, bu barədə ombudsmanın "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisinə etdiyi müraciətə cavab olaraq bildirilib.

Ombudsman Elmira Süleymanova qoruq ərazisində yaşadıqları və ya getdikləri ünvanlara çatmaq üçün əlillərə müvafiq güzəştlərin tətbiq edilməsini, araba ilə hərəkət edən əlillərin sərbəst hərəkətini təmin edən, müasir standartlara cavab verən infrastrukturun yaradılması istiqamətində zəruri tədbirlərin görülməsini təklif edib.

İdarədən ombudsmana cavab olaraq bildirilib ki, İçərişəhər sakinlərinin, əlillərin və digər imtiyazlı şəxslərin bu ərazidə yaşadıqları və ya getdikləri ünvanlara pulsuz çatdırılması üçün ictimai nəqliyyat növü kimi yaxın vaxtlarda elektromobil vasitələr alınaraq istifadəyə veriləcək.

İdarədən bildirilib ki, qoruğun ərazisinə əlil arabalarının daxil olması sərbəstdir və belə hallar üçün ödəniş nəzərdə tutulmur. Bu tədbirlər nəticəsində əlillərin ictimai nəqliyyatdan sərbəst istifadə etməsi üçün lazımi şərait yaradılacağı, nəqliyyat, rabitə, informasiya və digər sosial infrastruktur qurğularının və obyektlərinin əlillərin, habelə sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılmasının imkan daxilində həyata keçiriləcəyi də bildirilib.

Nazirlər Kabineti tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində avtomobil yollarından istifadə qaydaları" hazırlanaraq təsdiq edilib. Həmin qaydalara əsasən, qoruğun sakinləri olmayan şəxslərə məxsus nəqliyyat vasitələrinin əraziyə girişi ödənişli qaydada tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti