...

Azərbaycanda zorlamada təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Cəmiyyət Materials 1 Fevral 2010 14:33 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cavid Əmirahov, Firuz Eyyubov, Famil Eyyubov və Davud Vəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda zorlamada təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda zorlamada təqsirləndirilən mütəşəkkil dəstənin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cavid Əmirahov, Firuz Eyyubov, Famil Eyyubov və Davud Vəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı fevralın 11-nə təyin edilib.

2009-cu il sentyabrın 9-da Bakının Qaradağ rayonunun Korgöz qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Davud Vəzirov 9 yaşlı qonşusu Samiri (ad şərti verilib) qaranlıq bir yerə apararaq zorlayıb.

Hadisədən xəbər tutan azyaşlı oğlanın valideynləri Vəzirovdan "qisas" alıblar. Azyaşlı oğlanın atası Firuz Eyyubov, əmisi Famil və əmisi oğlu Cavid Əmrahov Vəzirovu maşına əyləşdirərək, qəsəbədən kənar bir yerə gətiriblər. Orada Vəzirovu əvvəlcə döyərək ölümcül hala salıblar və daha sonra qardaşlar növbə ilə onunla cinsi əlaqədə olublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin seksual xarakterli zorakılıq hərəkətləri (150.2.1, 150.2.3, 150.3.3) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti